Namiq Əliyev: Tokio Olimpiadasına gələn il azı 8 lisenziya qazanmalıyıq
Olimpiya Oyunlarına vəsiqə qazanmaq artıq çətinləşib. “Tokio-2020”də hər çəki dərəcəsində cəmi 16 idmançı iştirak edəcək. Lisenziyaların sayı təxminən 30 faiz azaldılıb. İlk növbədə, çalışmaq lazımdır ki, lisenziyaları gələn il Qazaxıstanda keçiriləcək dünya çempionatında əldə edək. Qazaxıstanda ən azı səkkiz lisenziya qazanmalıyıq. Digər lisenziya turnirlərinin keçiriləcəyi ölkələrin adları hələ məlum deyil. Biz də bu yarışlardan birini təşkil etmək üçün Azərbaycanın namizədliyini irəli sürmüşük. Sabah Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya gələcək. Bu məsələləri onunla da müzakirə edəcəyik.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edən Namiq Əliyev noyabrın 12-də Olimpiya Güləş Mərkəzində milli komandamızın üzvləri ilə görüşündə deyib.
Tədbirdə məşqçilər və federasiya rəsmiləri ilə görüşən N.Əliyev ötən ay Budapeştdə keçirilən dünya çempionatında medal qazanmış idmançılara mükafatlar təqdim edib.
Azərbaycan güləşçilərinin dünya çempionatında beş medal qazandıqlarını bildirən N.Əliyev vurğulayıb ki, ən yüksək nəticəni Eldəniz Əzizli göstərib: “O, bu il Avropa çempionu oldu. Finalda ağır mübarizə şəraitində dağıstanlı rəqibinə qalib gəldi. Eldəniz 2010-cu ildə Budapeştdə gənclər arasında dünya çempionu adını qazanmışdı. Eldənizi bu uğur münasibətilə təbrik edirik. Onun qızıl medalı bizim üçün təsəlli oldu”.
Komandada hər çəki dərəcəsində mübarizə aparacaq idmançıların dəqiq müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdıran federasiya rəsmisi bildirib: “Çəki məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Kim hansı çəki dərəcəsində daha güclüdürsə, həmin kateqoriyada da o idmançı çıxış edəcək. Hər çəki dərəcəsində iki kiloqram güzəşt də olmayacaq. Bunun üçün mütəxəssislər dəvət edəcəyik. Güləşdə rəqabət xeyli güclənib”.
Astanadakı mundialın mühüm yarış olduğunu diqqətə çatdıran N.Əliyev vurğulayıb ki, idmançılarımız dünya çempionatında uğurla çıxış etməlidirlər. Bu yarışa çox az vaxt qalıb. Bütün güləşçilərə normal şərait yaradılıb. Səhvlərin üzərində çox çalışmalıyıq. Bir idmançı eyni rəqibə bir neçə dəfə uduzursa, buna aydınlıq gətirmək lazımdır. Abdulrəşid Sadullayev ötən il dünya çempionatının finalında Kayl Snayderə uduzmuşdu. Amma bu dəfə çox qısa vaxtda rəqibinə qalib gəldi. Bu, göstərir ki, o, görüşə ciddi hazırlaşıb. Bu əzmkarlıq bütün güləşçilərimizdə olmalıdır. Hamınızdan qələbə gözləyirik.
AGF rəhbəri Buxarestdə start götürən 23 yaşadək güləşçilər arasında dünya çempionatında çıxış edən idmançılarımıza da uğurlar arzulayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb