Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.
YeniAvropa xəbər verir ki, noyabrın 11-də keçirilən yarışlarda milli komandamızın üzvlərindən İrina Kindzerska (78 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) finala vəsiqə qazanıblar.
Turnirə 11 cüdoçu (8 kişi və 3 qadın) ilə qatılan komandamızın heyətində Nicat Şıxəlizadə bürünc medala sahib olub.