Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər.
Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb.
Mundialda ölkəmizi 7 samboçu təmsil edir.
Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər.
Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir.