UEFA Çempionlar Liqasında bu həftə keçirilmiş dördüncü turun ən yaxşı futbolçusunun adı açıqlanıb.
YeniAvropa UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən “Tottenhem”in əsas qol silahı sayılan Hari Keyn turun ən yaxşı oyunçu seçilib. O, “Srvena Zvezda”nın serbiyalı hücumçusu Milan Pavkovu, “Real Madrid”in fransız hücumçusu Kərim Benzemanı və “Mançester Siti”nin mərakeşli yarımmüdafiəçisi Riyad Mahrezi qabaqlayıb.
Qeyd edək ki, Hari Keyn “Tottenhem”in doğma meydanda PSV (Niderland) kollektivini 2:1 hesabı ilə məğlub etdiyi matçda dubl etmişdi.
UEFA həftənin ən yaxşı qolunun müəllifinin adını isə noyabrın 11-də açıqlayacaq. Namizədlər arasında “Srvena Zvezda”nın yarımmüdafiəçisi Milan Pavkovun “Liverpul”un, “Mançester Siti”nin gənc ulduzu Rahim Sterlinqin “Şaxtyor”un, “Porto”nun yarımmüdafiəçisi Otavionun “Lokomotiv”in, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun isə “Mançester Yunayted”in qapısına vurduğu qollar arasından seçiləcək.
Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.