Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunacaq iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, komitə sədrinin 2-ci müavini Elxan Məmmədov da iştirak edəcək.