logo

 “Qarabağ”  Poltova hava limanında böyük coşqu ilə qarşılanıb

11:27 07-11-2018 | icon 3024
 “Qarabağ”  Poltova hava limanında böyük coşqu ilə qarşılanıb

“Qarabağ” komandasını Ukraynada “Vorskla” ilə Avropa Liqasının qrup mərhələsinin növbəti oyununu keçirəcəyi Poltava şəhərində futbol azarkeşləri coşqu ilə qarşılayıb.

YeniAvropa xəbər verir  ki,  Ağdam təmsilçisi çarter reysi ilə hava limanına noyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-da enib.

Aeroportda komandanı Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə soydaşlarımız və bir qrup ukraynalı jurnalist qarşılayıb. Ukraynada yaşayan gənc soydaşlarımız komandanı qarşılama zamanı Poltavanın yerli TV-lərinə “Qarabağ” klubu haqqında müsahibə veriblər. Onlar müsahibədə ermənilərin işğalçılıq siyasəti nəticəsində “Qarabağ”ın illərdir öz doğma Ağdam şəhərində oynaya bilmədiyini vurğulayıblar.

Qeyd edək ki, “Qarabağ” bu gün Aleksey Butovski adına stadionda açıq məşqə çıxacaq. Məşqdən əvvəl Bakı vaxtı ilə saat 20:30-da baş məşqçi Qurban Qurbanov mətbuat konfransı keçirəcək. "Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər qarşısına saat 19:00-da çıxacaq.

Noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.