Noyabrın 1-dən 10-dək Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan millisinin heyətində Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi 73 kq), Kənan Əliquliyev (81 kq) və Tarmenxan Babayev (89 kq) yer alıblar.