logo

 Həsən Ruhani: ABŞ-ın sanksiyalarının təsiri müvəqqəti olacaq

17:15 31-10-2018 | icon 2863
 Həsən Ruhani: ABŞ-ın sanksiyalarının təsiri müvəqqəti olacaq

ABŞ-ın İrana qarşı sanksiyalarının təsiri müvəqqəti olacaq.

YeniAvropa  "İRNA" agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

“ABŞ-ın İran neftini hədəf alan yeni sanksiyalar paketi ilə əlaqədar xalqımız daha bir neçə ay çətin iqtisadi vəziyyətlə qarşı-qarşıya qalacaq. Lakin sanksiyaların təsiri müvəqqəti olacaq”, - deyə Həsən Ruhani bildirib.

“Ötən bir neçə ayın xalqımız üçün çətin olduğunu bilirəm. Qarşıdakı aylar da çətin ola bilər. Ancaq hökumət bu problemləri azaltmaq üçün bütün gücündən istifadə edir. Əvvəllər İranın neft ixracını sıfıra endirəcəklərini söyləyirdilər. Daha sonra bunun mümkün olmadığını gördülər və İranın neft ixracını azaltmaq istədiklərini bildirdilər. İran nefti ilə bağlı heç bir hədəfə nail ola bilməyəcəklər. Asiya, Avropa və digər qitələrdəki böyük ölkələrin bir çoxu İranın yanında olacaqlarını açıqladılar”, - deyə Həsən Ruhani əlavə edib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının birinci mərhələsi avqustun 7-də qüvvəyə minib. Birləşmiş Ştatlar noyabrın 4-dən etibarən isə İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.