logo

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

23:11 25-10-2018 | icon 3080
"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb.

YeniAvropa xəbər verir  ki,  Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1.

“Qarabağ”ın futbolçuları bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.