logo

İrina Netreba dünya çempionatında üçüncü oldu

15:49 25-10-2018 | icon 3234
İrina Netreba dünya çempionatında üçüncü oldu

Azərbaycan güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, İrina Netreba (65 kq) ilk görüşdə Peru təmsilçisinə qalib gəlib. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba növbəti mərhələdə çinli rəqibinə də şans verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçi ilə bacarmayıb. İrina bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb və bürünc medala sahib olub.