logo

Doha 2023-cü ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

18:31 24-10-2018 | icon 3283
Doha 2023-cü ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

2023-cü ildə cüdo üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu haqda Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı məlumat yayıb.Məlumatda qeyd edilib ki, bu münasibətlə bu gün IJF rəhbəri Marius Vizer, Qətərin Taekvando, Cüdo və Karate federasiyalarının prezidenti Xalid Həməd Əl-Attiya və Qətər Federasiyasının baş katibi Eid Əli Əlmuraihi dünya birinciliyinin Dohada keçirilməsi barədə saziş imzalayıblar.

2018-ci il cüdo üzrə dünya çempionatı bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda keçirilib. 2019-cu ildə dünya birinciliyi Tokioda (Yaponiya), 2021-ci ildə isə Vyanada (Avstriya) təşkil olunacaq.

Xatırladaq ki, Yay Olimpiya Oyunlarının keçirildiyi ildə(2020-ci il) cüdo üzrə dünya çempionatı təşkil olunmayacaq.

Onu da qeyd edək ki, Doha yaxın illərdə yüngül atletika üzrə dünya çempionatına (2019) və futbol üzrə dünya çempionatının (2022) oyunlarına da ev sahibliyi edəcək.