Futbol üzrə Braziliya millisinin və İspaniyanın “Real Madrid” komandasının müdafiəçisi Marselo “kral klubu”nun rəhbərliyinə “Yuventus”a keçməsi ilə bağlı xəbərdarlıq edib.
YeniAvropa “Tuttosport” nəşrinə istinadla xəbər verir ki, Marselo bu haqda klub rəhbərliyini öz agenti vasitəsilə xəbərdar edib.
Futbolçu 2007-ci ildə Braziliyanın “Fluminense” klubundan 7 milyon avroya “Real Madrid”ə transfer olunub. O, komandanın heyətində 300-dən çox oyun keçirib. Sonuncu dəfə Marselo Madrid təmsilçisi ilə 2022-ci ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, Marselonun komandada ən böyük nailiyyəti 4 dəfə UEFA Çempionlar Liqasının qalibi adı qazanmaqdır. Ümumilikdə isə təcrübəli müdafiəçi “Real Madrid” klubu ilə 19 titula nail olub.