logo

Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb

15:47 20-10-2018 | icon 3346
Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən xəbərə görə, ilk yarış günündə 61, 74, 86 və 125 kiloqram çəkidə çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Süleymanov ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisinə uduzub. Pərviz İbrahimov (61 kq) isə təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlib.

Digər təmsilçilərimizdən 1/16 finalda Abubakr Abakarov (74 kq) İsrail güləşçisi Hanok Raşamin, Cəmaləddin Məhəmmədov (125 kq) isə İbrahim Saidovla (Belarus) qarşılaşacaq.