logo

Voleybol üzrə dünya çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib

22:13 14-10-2018 | icon 3066
Voleybol üzrə dünya çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib

Oktyabrın 14-də Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatında pley-off mərhələsinin ilk oyunları olub.

YeniAvropa xəbər verir  ki, Naqoya şəhərində davam edən yarışların ilk günündə H qrupunda Çin yığması ABŞ millisi ilə qarşılaşıb. Gərgin keçən idman mübarizəsi çinli voleybolçuların 3:2 (25:22, 19:25, 20:25, 25:23, 15:7) hesablı qələbəsi ilə başa çatıb.

Həmin gün G qrupunda keçirilən Yaponiya-Serbiya qarşılaşması isə 0:3 (25:19, 25:18, 25:23) hesabı ilə serbiyalı voleybolçuların qələbəsi ilə başa çatıb.

Qaydalara əsasən pley-off mərhələsinə çıxan altı komanda hər birində 3 komanda olmaqla iki qrupa bölünüblər. Püşkatmanın nəticələrinə görə İtaliya, Yaponiya və Serbiya milliləri G, Niderland, Çin və ABŞ yığmaları isə H qrupunda mübarizəni davam etdirirlər. Həmin qruplarda birinci və ikinci yerləri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.