Əfsanəvi pilot, “Formula-1”-in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu titulunu qazanıb.
YeniAvropa xəbər verir ki, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub. Bu mövsümdə o, “Formula-3”-də səkkiz yürüşü udub. Mik bir il əvvəl özünün debüt mövsümündə çempionatın yekunlarına əsasən 12-ci yeri tutmuşdu.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Əfsanəvi pilotun yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası da gəlib.