Bu gün UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək.
YeniAvropa xəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir.
Turun maraq doğuran daha bir qarşılaşması B2 qrupunda oynanılacaq. Moskvada Rusiya və Türkiyə milliləri üz-üzə gələcək. Bu qrupda iki turdan sonra Rusiyanın 4, Türkiyənin 3, İsveçin 1 xalı var.
Bu gün, həmçinin A3 qrupunda Polşa-İtaliya, C1 qrupunda İsrail-Albaniya, C4 qrupunda Rumıniya-Serbiya və Litva-Monteneqro, D3 qrupunda isə Farer Adaları-Kosovo oyunları baş tutacaq.