Qurban Qurbanov: Hər bir oyun bizim üçün vacibdir
Hər bir oyun bizim üçün vacibdir. Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik.
YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta yığmasını qəbul edəcək futbol üzrə Azərbaycan seçməsinin baş məşqçisi Qurban Qurbanov oktyabrın 13-də təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: “Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar.
Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimiz sabah səhər saatlarında olacaq və heyəti konkret olaraq həmin hazırlıqdan sonra müəyyənləşdirəcəyik.
İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq. Malta keçirdiyi hər üç oyunda qol vurmağı bacarıb. Sürətli əks-hücumlar qururlar. Onların Kosovo ilə keçirdikləri oyunu izləmişik. Kapitanları Mifsud oynamayacaq. Buna görə sevinmirəm. Əksinə, bu cür futbolçuların hər zaman komandalarına kömək etmələrinin tərəfdarıyam. Mifsud Malta millisi üçün vacib futbolçu olsa da, onun yoxluğunun komandasının oyununa ciddi şəkildə təsir edəcəyinə inanmıram”.
Millimizin üzvü Maksim Medvedev deyib: “Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Ancaq Malta ilə qarşılaşma daha əhəmiyyətli olacaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazanacağımıza inanıram. Əlbəttə, azarkeşlərin sayının çox olmasını istərdik və ümid edirik ki, Farer adaları ilə oyundakı qələbədən sonra tribunada bizi izləyənlərin sayında artım olacaq”.
Azərbaycan-Malta oyunu oktyabrın 14-də Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək.
Qeyd edək ki, üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə yer alıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb