Fransa milli komandasının sabiq futbolçusu Tyeri Anri “Monako” klubunun baş məşqçisi təyin olunub.YeniAvropa xəbər verir ki, 41 yaşlı mütəxəssis Fransa klubu ilə 2021-ci ilədək müqavilə imzalayıb. T.Anri bu vəzifədə oktyabrın 11-də istefaya göndərilən Leonardo Jardimi əvəz edib.