Futbol üzrə milli komandamız Millətlər Liqasının qrup mərhələsinin III turunda Farer adaları ilə qarşılaşma üçün səfərə yollanıb.
YeniAvropa xəbər verir ki, millimizi tranzit yolla Danimarka vasitəsilə Farerə aparan təyyarə Bakı vaxtı ilə gecə saat 3-də yerə enib.
Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.