logo

UEFA Azərbaycan millisinin oyunu ilə bağlı dəyişiklik etdi

19:27 08-10-2018 | icon 3094
UEFA Azərbaycan millisinin oyunu ilə bağlı dəyişiklik etdi

UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matçın hakimlərindən biri dəyişdirilib.

YeniAvropa xəbər verir ki, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan yığması səfərə oktyabrın 9-da çıxacaq.(“Report”)