logo

UFC rəhbəri: "Nurməhəmmədov çempionluq titulundan məhrum edilə bilər"

12:57 07-10-2018 | icon 3066
UFC rəhbəri: "Nurməhəmmədov çempionluq titulundan məhrum edilə bilər"

UFC rəhbəri Deyn Uayt bildirib ki, rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə çempionluq titulundan məhrum edilə bilər.

YeniAvropa xəbər verir  ki,  UFC rəhbəri hesab edir ki, Rusiya idmançısının Konor Makqreqorla döyüşdən sonra baş verən hadisəyə görə çempion kəmərindən məhrum edilməyəcəyinə 100 faiz əmin deyil.

Qeyd edək ki, döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı idmançı rinqi tərk edərək bir nəfərlə əlbəyaxa dava edib. Həmin şəxsin Makqreqor komandasının üzvü olduğu bildirilir.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava baş verib.("Report")