logo

“Araz”  UEFA Çempionlar Liqası turnirində mübarizəni dayandırdı

21:43 06-10-2018 | icon 3045
“Araz”  UEFA Çempionlar Liqası turnirində mübarizəni dayandırdı

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” klubu oktyabrın 6-da turnirin əsas mərhələsində qrupdakı son oyununu keçirib.

YeniAvropa xəbər verir  ki, Azərbaycan çempionu “Araz” klubu Slovakiyada bu ölkənin “Luçenec” komandası ilə qarşılaşıb.

Gərgin keçən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, birinci oyunda Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olan Baş məşqçi Joze Alesio Da Silvanın yetirmələri ikinci görüşdə Maltanın “Valetta” komandası ilə heç-heçə edib - 1:1.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.