logo

45-ci  Ümumdünya Şahmat Olimpiadası Minskdə keçiriləcək

17:47 05-10-2018 | icon 3122
45-ci  Ümumdünya Şahmat Olimpiadası Minskdə keçiriləcək

2022-ci ildə  45-ci Ümumdünya Şahmat Olimpiadasına Belarusun paytaxtı Minsk ev sahibliyi edəcək.

YeniAvropa xəbər verir  ki,  bu qərar Gürcüstanın Batumi şəhərində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Baş Assambleyasının iclasında qəbul edilib.

Xatırladaq ki, şahmat olimpiadasının bu ölkədə keçirilməsi barədə müraciətini Belarus FIDE-nin Prezident Şurasının bu ilin aprelində Minskdə təşkil olunan iclası zamanı vermişdi. Belarus müraciətlər müsabiqəsində Cənubi Koreya və Tunisi geridə qoyub.

Belarusun idman və turizm naziri Sergey Kovalçuk ölkəsinin imkanları barədə assambleya üzvlərinə məlumat verib.

Qeyd edək ki, 43-ci Ümumdünya Şahmat Olimpiadası bu günlərdə Batumi şəhərində  keçirilir. Minsk  isə 2022-ci ildə təşkil ediləcək 45-ci Ümumdünya Şahmat Olimpiadasına estafeti 2020-ci ildə Rusiyanın Xantı-Mansiysk şəhərindən qəbul edəcək.