Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
YeniAvropa xəbər verir ki, Azərbaycan siyahıda bir pillə geriləyərək 18,500 xalla 27-ci mövqeyə enib. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib.
Dəyişikliyə “Qarabağ”ın İngiltərənin “Arsenal” klubuna 0:3 hesablı məğlubiyyəti və “Astana”nın Fransanın “Renn” klubunu 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.
Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cu yerdədir.