logo

“Qarabağ” “Arsenal”a böyük hesabla məğlub oldu

23:10 04-10-2018 | icon 3311
“Qarabağ” “Arsenal”a böyük hesabla məğlub oldu

Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Londonun “Arsenal” komandası ilə qarşılaşıb.YeniAvropa xəbər verir  ki, Baki Olimpiya stadionunda keçirilən qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edib.

Qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Sokratis Papastathopoulos (4-cü dəqiqə), Smith-Rov (53-cü dəqiqə) və Metteo Genduzi (80-ci dəqiqə) fərqləniblər.

E qrupunun digər matçında Ukrayna “Vorskla”sı evdə Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun lissabonluların qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Arsenal” və “Sporinq” 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan “Vorskla”la ilə “Qarabağ” 3 və 4-cü pillələrdə qərarlaşıblar.

Xatırladaq ki, bu, “Arsenal” komandasının Azərbaycan klubları ilə ilk qarşılaşmasıdır. “Arsenal”dan fərqli olaraq, “Qarabağ” daha əvvəl İngiltərə klublarından “Tottenhem” və “Çelsi” komandaları ilə görüşüb.