“Kəpəz”in əsas komandasının səkkiz üzvü ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. YeniAvropa klubun rəsmi saytına istinadən xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb.
Sonuncu öz istəyi ilə komandanı tərk edib.
Qeyd edək ki, Kərim Diniyev tanınmış məşqçi Şahin Diniyevin oğludur.