Azərbaycan millisi qadınlar arasında voleybol üzrə dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununu oktyabrın 4-də Kobedə Tailand yığmasına qarşı keçirib.
YeniAvropa xəbər verir ki, oyun 1:3 hesabı ilə Tailand yığmasının qələbəsi ilə başa çatıb.
Bu oyunda məğlub olmasına baxmayaraq, Azərbaycan yığması növbəti mərhələyə yüksəlib. Dünya çempionatının C qrupunda keçirdiyi 5 görüşün ikisində qalib gələrək 6 xal toplayan milli komandamız qrupu dördüncü sırada başa vurub. Tailand yığması isə 10 xalla üçüncü pillədə yer alıb.
Koreya Respublikasının voleybolçuları sonuncu turda Trinidad və Tobaqo yığmasına 3:0 hesabı ilə qalib gəlsələr də, bu təsəlliverici qələbə olub. Koreyalılar 4 xalla qrupda beşinci, xalı olmayan Trinidad və Tobaqo isə sonuncu sırada qərarlaşıblar.
Qrup birincisi adı uğrunda hər birinin aktivində 11 xal olan Rusiya və ABŞ milliləri qarşılaşacaqlar.