logo

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti təyin olunub

22:03 03-10-2018 | icon 3213
Mahir Məmmədov FİDE-nin vitse-prezidenti təyin olunub

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.

Bundan əvvəl A.Dvorkoviç seçkilərdə qalib gələcəyi təqdirdə FIDE rəhbərliyinə daxil olunacaq komandasını təqdim edərək bildirmişdi ki, fransız Başar Kuatli birinci vitse-prezident, azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqa vitse-prezident vəzifələrində çalışacaqlar.