logo

Rusiya baş nazirinin keçmiş müavini FIDE-nin yeni prezidenti seçilib

21:05 03-10-2018 | icon 2996
Rusiya baş nazirinin keçmiş müavini FIDE-nin yeni prezidenti seçilib

Rusiya Federasiyası baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.

YeniAvropa xəbər verir  ki, FIDE-nin prezidenti vəzifəsinə seçkilər Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilib.

Seçkilərdən əvvəl A.Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi. O, həmçinin FIDE-nin fəaliyyətində aşkarlığa üstünlük verəcəyini, müxtəlif ölkələrdən sponsorları cəlb edəcəyini vurğulamışdı.

FIDE-nin sonuncu prezidenti Kirsan İlyümjinov seçkilərdə namizədliyini irəli sürməmişdi.