logo

Voleybolçularımız dünya çempionatında növbəti mərhələyə yüksəlib

11:09 03-10-2018 | icon 3010
Voleybolçularımız dünya çempionatında növbəti mərhələyə yüksəlib

Oktyabrın 3-də qadınlar arasında voleybol üzrə Yaponiyada keçirilən dünya çempionatının ilkin qrup mərhələsində Azərbaycan millisi Trinidad və Tobaqo yığması ilə qarşılaşıb. Oyunu kanadalı Skott Dreyvirz və argentinalı Karina Noemi Rene idarə ediblər.

YeniAvropa xəbər verir  ki, gərgin keçən idman mübarizəsi şəraitində qızlarımız birinci setdə qalib gəliblər - 29:27.

Oyunun ikinci setində üstünlüyü tam ələ alan millimiz 25:16 hesabı ilə qalib gəlib. Üçüncü setdə də üstünlüyünü qoruyub saxlayan voleybolçularımız 25:17 hesablı qələbə qazanıblar. Beləliklə oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə Azərbaycan yöğması Tailand ilə oyunun nəticəsindən asılı olmayaraq ilkin mərhələ yarışlarını adlamış olublar. 

Xatırladaq ki, “C” qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar. Qaydalara əsasən qrupda ilk dörd yeri tutan komanda növbəti mərhələyə adlayacaq.

Yığma komandamız qrup oyunlarında ABŞ və Rusiyaya məğlub olub, Trinidad və Tobaqo, eləcə də Koreya millisinin  məğlub ediblər. Tailand ilə oyunun nəticəsinə görə isə ilkin mərhələ yarışlarını 3-cü, yaxud 4-cü yerdə başa vuracaqlar.