logo

Batumi-2018: Azərbaycan yığması liderliyini qoruyur

21:43 01-10-2018 | icon 3038
Batumi-2018: Azərbaycan yığması liderliyini qoruyur

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə heç-heçə edib – 2:2.

YeniAvropa xəbər verir  ki,  qarşılaşmada Şəhriyar Məmmədyarov Duda Yan - Kşiştof, Teymur Rəcəbov - Rodoslav Voytaşek, Arkadi Naydiç -Tomçak Yaçek, Eltac Səfərli isə Kamil Draqun ilə xalları yarı bölüblər.

İtaliya komandası ilə qarşılaşan qadınlardan ibarət yığmamız da heç-heçə ilə kifayətlənməli olub.

Beləliklə, yeddi turdan sonra Azərbaycan və Polşa yığmaları 12 xalla olimpiadada liderlik edirlər. ABŞ komandası 11 xalla üçüncüdür. On komandanın aktivində isə on xal var.

Azərbaycanın qadın şahmatçıları 11 xalla səkkizinci pillədə qərarlaşıb. Qadınların yarışında Ermənistan yığması 13 xalla birincidir. Çin, Ukrayna, Gürcüstan-1 və Rumıniya yığmaları isə 12 xal toplayıblar.

Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.