logo

Hakimlərimiz  UEFA Gənclər Liqasının oyununa təyinat alıblar

20:51 30-09-2018 | icon 3255
Hakimlərimiz  UEFA Gənclər Liqasının oyununa təyinat alıblar

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb.

YeniAvropa xəbər verir  ki,  Həsənov Belarusda "Minsk" və Macarısyanın "İlles Akademia" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Həşimov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çıkun hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.