logo

Bakı-Quba yolunda qəzada ölən turistlərin sayı 3-ə çatıb

19:44 30-09-2018 | icon 3514
Bakı-Quba yolunda qəzada ölən turistlərin sayı 3-ə çatıb

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində "Mercedes" markalı mikroavtobus ilə "Shagman" markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

YeniAvropa xəbər verir  ki, qəza nəticəsində "Mercedes"in sürücüsü ,1979-cu il təvəllüdlü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtobusun sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşları olublar.

Qəzada ölən və yaralananların ilkin siyahısı:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü

Rzayeva Raisa Dmitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1980

Tarfanov İqor Aleksandroviç, 1962

İsmayılova Tamara Hacışaban qızı

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Rəna Dmitri qızı, 1951

Məmmədova Elvira İvan qızı, 1967

Həşimova Sabina Kərim qızı, 1968

Rodina Jakka Anatoli, 1966

Kuranika Viktoriya Oleq qızı,1988

Məmmədova Lüdmila Andrey qızı, 1947

Buqlova Varvara Jilijou, 1945

(Report)