logo

Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi olub

22:03 29-09-2018 | icon 3052
Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi olub

Sentyabrın 29-da Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək 

Federasiyanın prezidenti bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanları ilə yanaşı, bu sahəyə dövlət qayğısını əks etdirir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib ki, ölkəmizdə bu cür mötəbər yarışların keçirilməsi və idmançılarımızın təcrübə qazanmaları Azərbaycanın idman ölkəsinə çevrilməsinə öz töhfəsini verir.

Sonra federasiya tərəfindən turnirin fəxri qonaqlarına diplomlar təqdim edilib.

Açılış mərasimindən sonra yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin 14-15 yaşlı yeniyetmə oğlan və qızlar isə kumitedə qüvvələrini sınayıblar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxıblar.

Veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.

Turnirin sonuncu günündə isə böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.