logo

Yaponiyada qadın voleybolçuların dünya çempionatı start götürüb

10:51 29-09-2018 | icon 3087
Yaponiyada qadın voleybolçuların dünya çempionatı start götürüb

Bu gün Yaponiyada qadınlar arasında voleybol üzrə XVIII dünya çempionatı start götürüb.

YeniAvropa xəbər verir  ki, 24 milli komandanın iştirakı ilə oktyabrın 20-dək davam edəcək çempionat Yaponiyanın 6 şəhərində keçirilir. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edir.

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə birgə “C” qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü bu gün Bakı vaxtı ilə 11:10-da ABŞ yığmasına qarşı keçirəcək.

Komandamızın heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.

Qeyd edək ki, komandamız dördüncü dəfədir dünya çempionatında iştirak edir. Azərbaycan millisi 2014-cü ildə İtaliyada təşkil olunan XVII mundialda 14-15-ci pilləni bölüşüb. Turnirin qalibi isə ABŞ millisi olub. ABŞ finalda Çinə 3:1 hesabı ilə qalib gəlib.