ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
“Hesab edirik ki, ABŞ-də keçirilmiş görüşlər qarşıdakı dövrdə ölkəmizə yeni investisiyaların cəlb edilməsi, biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqi və ABŞ texnologiyalarının Azərbaycana gətirilməsinə imkanlar açacaq”.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, aprelin 22-dən 26-dək Azərbaycan Mərkəzi Bankı, ABA və ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüs və dəstəyi ilə Azərbaycanın ilk bank-maliyyə missiyasının ABŞ-yə səfəri təşkil edilib.
Missiyanın yekunu ilə bağlı danışan ABA sədrinin sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Koorporasiyasında (DFC) keçirilmiş görüş zamanı DFC-nin maliyyələşmə alətləri, yeni qaydalar və çərçivələr mövzusunda dəyirmi masa baş tutub, DFC-nin maliyyələşdirmə imkanlarının genişləndirilməsi, yeni sahələr və prioritet sahələrin müəyyənləşdirilməsi, bu sahədə gələcək əməkdaşlıq və ölkəmizə investisiyaların cəlb edilməsi üzrə bir sıra müzakirələr həyata keçirilib. “Növbəti görüşümüz “EXIM Bank”da oldu. Görüşdə bankın maliyyələşdirmə vasitəsi ilə əməkdaşlığın genişləndirilməsi, ekoloji təmiz enerji, kənd təsərrüfatı texnologiyaları mövzusunda müzakirələr aparıldı. Eyni zamanda ölkəmizə yeni maliyyə vasitələrinin cəlb edilməsi imkanları geniş müzakirə edildi”,- deyə Zakir Nuriyev qeyd edib.
Sədr bildirib ki, səfər zamanı ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyasının Maliyyə Sığorta İdarəsində Azərbaycan üçün maliyyələşmə imkanları, yeni alternativ imkanlar mövzusunda ətraflı müzakirələr baş tutub. Bundan başqa ABŞ-nin ən böyük banklarından olan “Bank of New York Mellon”da görüş keçirilib, risklərin idarə edilməsi, Azərbaycan üçün kredit imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi ətrafında müzakirələr aparılıb: “Hesab edirik ki, yeni açılmış imkanlar vasitəsilə banklarımız bütövlükdə ölkə iqtisadiyyatı və eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri üçün əlavə maliyyə imkanları qazanacaq və bu imkanlar vasitəsilə iqtisadiyyatımızın inkişafına öz töhfələrini verəcək”.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, missiyanın keçirilməsinin əsas məqsədi Azərbaycan və ABŞ arasında bankçılıq, maliyyə və ticarət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsidir. Missiya çərçivəsində bankların həm dövlət orqanları, həm də özəl sektorla görüşləri baş tutub: “ABŞ Dövlət Departamenti, Xəzinədarlıq Departamenti, Ticarət Departamenti, ABŞ-nin İxrac-idxal Bankı və ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşməsi Bankında keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Görüşlərdə iki ölkə arasında ticarətin maliyyələşdirilməsində bankların rolu xüsusilə vurğulanıb. Biz də Ticarət Palatası olaraq ümidliyik ki, Azərbaycan bankları bundan sonra da iki ölkə arasında ticarətə töhfə verməyə davam edəcək”.
Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun başçılıq etdiyi missiyada Azərbaycanın 11 bankının rəhbər şəxsləri iştirak edib.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb