logo

Hidayət Heydərov dördqat Avropa çempionudur

19:12 27-04-2024 | icon 2380
Hidayət Heydərov dördqat Avropa çempionudur

"Tarixi uğurları və yeni rekordları sevirəm".

YeniAvropa xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, qalib gəlmək hər zaman əyləncəlidir: "Təqvimdə növbəti dünya çempionatı və Olimpiya Oyunları var. Bu turnirlər daha da vacib olacaq. İstədiyim kimi çıxış edə bilsəm, həmin yarışlarda da Azərbaycana qızıl medal qazandıracağam”.

Qeyd edək ki, H. Heydərov daha əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.