logo

Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov

17:27 27-04-2024 | icon 651
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası əleyhinə etirazları KİV-ə şərh edərkən bildirib.

“Biz bunu şərh etmək istəməzdik. Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq, çünki onlar gərginliyin ümumi azaldılması və tezliklə sülh sazişinin imzalanmasına nail olmaq məqsədilə gündəlikdə duran bütün mübahisəli məsələlərin qəti şəkildə nizamlanması üçün zəruridir”,-deyə D.Peskov bildiib.