Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Monteneqro Prezidenti Yakov Milatoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Sahibə Qafarova ölkəmizdə keçiriləcək COP29-a dəvət məktubunu təqdim edib.
Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu vurğulayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu diqqətə çatdıran Y.Milatoviç xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdıran Prezident Yakov Milatoviç Dubayda keçirilən COP28 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, bu il ölkəmizdə keçirilən prezident seçkilərində dövlət başçısı İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, Monteneqro parlamentinin üzvləri də bu seçkiləri müşahidə ediblər.
Yakov Milatoviç Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunu qeyd edərək bildirib ki, ötən il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Keçən dövrdə ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub.
Görüşdə ölkələrimiz arasında müqavilə - hüquq bazasının daha da genişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasının işinin gücləndirilməsi bu sahədə münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək. Söhbət zamanı humanitar sahədə əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin də əhəmiyyəti qeyd olunub. İki ölkə münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin hazırda dünyada ikili standartların mövcud olduğu şəraitdə beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyinin vacibliyi vurğulanıb.
Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edən Milli Məclisin sədri Azərbaycanın öz yolu ilə getdiyini deyib. O, sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.
S.Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyi artırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək bildirib ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.
Milli Məclisin sədri regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı fikirlərini qeyd edib. O deyib ki, nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda gətirəcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən S.Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.
Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonda Milli Məclisin sədri "Qarabağ işğaldan əvvəl və sonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb