Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib.
YeniAvropa xəbər verir ki, səfərdə məqsəd Azərbaycan Hökuməti ilə Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasında iştirak etməkdir.
xatırladaq ki, Hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev , Macarıstan tərəfindən isə Peter Siyartodur.
Bu gn Bakıda Hökumıtlərarası Komissiyanın 10-cu iclası keçiriləcək.