logo

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

16:56 22-04-2024 | icon 455
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsi qərar qəbul edib.

Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib.

Qeyd edək ki, Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülmüşdü.