logo

"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var

13:53 23-04-2024 | icon 2121
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var

UEFA AVRO-2024-ün oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.

YeniAvropa Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 18 nəfərlik siyahıda Türkiyənin FIFA referisi Halil Umut Melerin də adı var.

Avropa çempionatının hakimləri: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Mansano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzlyak (Slovakiya), Fransua Leteksye, Kleman Türpen (hər ikisi Fransa), Denni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nüberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şarer (İsveçrə), Daniel Zibert, Feliks Tsvayer, (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə kimi Almaniyanın 10 şəhərində təşkil olunacaq.