logo

Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb

19:49 22-04-2024 | icon 700
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb

Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonunun Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17, İsmayıllı rayonuna 5, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 millimetr olan dolu düşüb.