logo

Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib

10:50 22-04-2024 | icon 658
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib

Bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkarlanan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.