logo

UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq

09:09 17-04-2024 | icon 1526
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.

YeniAvropa xəbər verir ki, Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.

Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi "Mançester Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 3:3.

Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və "Borussiya Dortmund" ( Almaniya ) komandaları adlarını yarımfinala yazdırıblar.