logo

Türkiyə 17 il sonra ilk medalını Bakıda keçirilən dünya çempionatında qazandı

18:36 23-09-2018 | icon 2639
Türkiyə 17 il sonra ilk medalını Bakıda keçirilən dünya çempionatında qazandı

Türkiyə milli komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb.

YeniAvropa xəbər verir  ki, 81 kq çəki dərəcəsində yer alan Vedat Albayrak bürünc medala sahib olub.

25 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə polşalı Damian Şvarnoveçkini 71 saniyəyə ipponla məğlub edib. Xatırladaq ki, bu, Türkiyə millisinin dünya çempionatlarında 17 ildən sonra ilk medalıdır.

Digər bürünc medala almaniyalı Aleksander Veçerjak sahib olub. O, 3-cü yer uğrunda görüşdə həmyerlisi Dominik Resseli vazari xalı ilə üstələyib.

Bu çəkidə qızıl medalı İran təmsilçisi Səid Mollayi qazanıb. O, finalda yaponiyalı Sotaro Fujivaranı əlavə vaxtda ipponla yenib.

Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vane Revazişvilidir. Əvvəlcə Gürcüstanı təmsil edən Revazişvili sonradan Yunanıstana yollanaraq, Roman Mustropulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində hazırkı ad-soyadı ilə çıxış edir.