logo

Sabah Bakıda 24° isti olacaq

13:13 16-04-2024 | icon 665
Sabah Bakıda 24° isti olacaq

Azərbaycanda aprelin 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı bildirilir.