logo

Qazaxıstan prezidenti Ermənistana səfər edib

13:40 15-04-2024 | icon 1764
Qazaxıstan prezidenti Ermənistana səfər edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gəlib. O, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

YeniAvropa xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Kasım-Jomart Tokayev və Nikol Paşinyan ticari-iqtisadi, tranzit-nəqliyyat, investisiya, mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə regional sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Nikol Paşinyanın Qazaxıstan prezidentini Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların gedişi barədə məlumatlandırdığı bildirilir.

Səfər çərçivəsində Kasım-Jomart Tokayevin ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla da danışıqlar aparacağı planlaşdırılır.