logo

COP29 üçün məkan Bakı Olimpiya Stadionu seçilib

12:52 15-04-2024 | icon 889
COP29 üçün məkan Bakı Olimpiya Stadionu seçilib

“COP29-un keçiriləcəyi məkan Bakı Olimpiya Stadionu seçilib”.

YeniAvropa xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib.

O qeyd edib ki, Azərbaycan bu günədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, iştirakçı sayına və miqyasına görə COP29 ən böyük tədbir olacaq. COP29-un keçiriləcəyi məkan ilə bağlı qərar BMT ilə məsləhətləşmələr və əvvəki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyük miqyaslı tədbirlərdə infrastukturun effektiv istifadəsi və dayanıqlığı tam təmin edilib.

Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaları stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.