logo

Bədii gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

10:50 15-04-2024 | icon 2408
Bədii gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

 

Azərbaycanın bədii gimnastları Qırğızıstanın Bişkek şəhərində keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, böyüklər arasında Zəhra Cəfərova top və çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclərdən isə Şəms Müvəffəqi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə birinci yerin sahibi olub.